Layihəçi Mühəndis
 
JOB TITLE: Layihəçi Mühəndis
EMPLOYER: Ramco MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-04 LAST UPDATED: N/A DEADLINE: 2018-01-03

Şirkət: Ramco MMC

Vəzifə: Layihəçi Mühəndis

İş barədə qısa məlumat:

Layihəçi mühəndis inşaatın hər bir sahəsində (yol, bina, sənaye obyektləri, körpülər, su təmizləmə qurğuları vs) layihələndirmə, iş həcmlərinin hesablanması, görülən işlərin keyfiyyətinə nəzarət və layihə ilə bağlı digər işlərin yerinə yetirilməsində aparıcı rol oynayır.
Tələb olunan namizəd gülərüz və kollektivlə tez uyğunlaşan, inkişafa meyilli, disiplinli və liderlik qabiliyyətlərinə malik olmalıdır.  İşlərin gedişatı zamanı yaranan problemlərə fərdi şəkildə həll yolu tapmağı bacaran, işlərin daha verimli həyata keçirilməsi üçün davamlı olaraq öz təkliflərini irəli sürməlidir.

Layihələndirmə və dizayn

• Müvafiq proqram təminatlarından (AutoCad, ArchiCad) istifadə etməklə layihələrin hazırlanması;
• Layihənin hazırlanması zamanı texnologiyanın, ətraf mühitin və təhlükəsizliyin nəzərə alınması;
• Tikinti işlərinin həcmlərinin hesablanması;
• Layihə sənədlərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Keyfiyyətə Nəzarət

• İşlərin cari keyfiyyət normalarına və prosedurlara uyğun həyata keçirilməsinə nəzarət;
• Görülən işləri analiz edərək əldə edilmiş məlumatla müvafiq dəyərləndirmə və raportların hazırlanması;
• Biliklərin davamlı olaraq artırılması və yeniliklərlə bağlı təkliflərin verilməsi;

İnzibati məsuliyyətlər

• Rəhbərliyin və Texniki Şöbə Rəhbərinin suallarının cavablandırılması və tapşırıqların yerinə yetirilməsi;
• Ofis proqramlarından istifadə etməklə hesabatların hazırlanması;

Tələblər:

• İnşaat sahəsində Ali Təhsil;
• Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir; 

• Ofis proqramlarını və AutoCad-dan yüksək səviyyədə istifadə etmək bacarığı;
• Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir;

• ArchiCad proqramını bilən namizədlərə üstünlük veriləcəkdir;

Əmək haqqı: 800-1000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq)

Biz sizə nələr təklif edirik:

- Güləriz və peşəkar kollektiv;
- Artan əmək haqqı;
- Professional və maddi inkişaf perspektivləri.

İş yeri Xırdalanda yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Layihəçi mühəndis”  yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP