Merçendayzer
 
JOB TITLE: Merçendayzer
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-05 LAST UPDATED: N/A DEADLINE: 2018-01-04

"Optimal Elektronika" MMC  mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə

"Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Merçendayzer

Tələblər:

• Təhsil: Ali  və ya orta
• Azərbaycan dilini səlist bilməli, rus dilini bilənlərə üstünlük verilir
•  Elektronika sahəsində satış məsləhətçisi  və merçandayzer  kimi təcrübəsi  olması arzu olunandır.
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır.
• Kreativ  olmalıdır.

Əsas vəzifələr:

• Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək;
• Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək;
• Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq;
• Malların təyin edilmiş plan üzrə müəyyən edilmiş görünüşünü yoxlamaq;
• Mağazanın ümümi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək;
• Ehtiyac olduqda bukletlərin paylanmasını təmin etmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Merçendayzer” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyaya son müraciət tarixi: 30.12.2017

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP