Ofis Menecer
 
JOB TITLE: Ofis Menecer
EMPLOYER: Avrasiya Translation Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-06 LAST UPDATED: 2017-12-06 DEADLINE: 2018-01-05

Avrasiya Translation Center

Ofis Menecer

Namizədə tələblər

• Yaş: 23-35 yaş arası xanım namizədlər
• Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir).
• İş təcrübəsi: minumum 3 il iş stajı olan, bilavasitə müştərilərlə xidmət sahəsində, notarius, tərcümə və. s sahələrdə çalışan namizədlərə üstünlük veriləcəkdir.
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir     
• Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir.                                                             
• Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir).
• Eyni anda bir neçə işi görmək bacarığı

Şəxsi keyfiyyətlər

• Mehriban, xoşgörünüşlü və ünsiyyətcil
• Stressədavamlılıq
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq                                               

Əsas vəzifə öhdəlikləri

• Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi;
• Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi;
• Müştərilərlə müqavilələrin bağlanması və gələn sifarişlərin tərcüməçilərə yönləndirilməsi;
• Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, faks, mail  göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatlarıqeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq.
• Problemləri sürətli həll etmək bacarığı;
• Tərcüməçilərin iş qrafikini planlaşdırmaq və sifarişləri düzgün şəkildə bölüşdürmək, bu barədə rəhbərliyi daim məlumatlandırmaq;    
• Şirkətlərlə şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında yazışmalar aparmaq;
• Beynəlxalq yazışmalar aparmaq;                                                                                            
• Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (faksla, poçtla, kuryerlə, elektron poçtla və s.)   
• Gələn qonaqların qarşılanması;                                                                                            
• Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməsi;                                                                        
• Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi;

İş şərtləri

• İş vaxtı 09:00 - 19:00
• İş günü 6/1  (bazar günü istirahət günü)
• Şirkət tərəfindən korporativ nömrə verilir
• Əmək haqqı 500-700 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir).

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) cv@avrasiyabaku.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Ofis Menecer” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP