Təchizat zəncirinin idarəolunması üzrə Menecer
 
JOB TITLE: Təchizat zəncirinin idarəolunması üzrə Menecer
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-06 LAST UPDATED: N/A DEADLINE: 2018-01-05

“Melissa Group” “Təchizat zəncirinin idarəolunması üzrə Menecer” vakansiyası elan edir:

İş barədə məlumat:

• Satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
• İllik satınalma planının hazırlanması;
• Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
• Gömrük işlərinin rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, ixracatın rəsmiləşdirilməsi;
•  Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
• Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
• Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
• Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
• Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
• Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması; 
• Hədəf bazarlarda potensiallı müştərilərin tapılması, danışıqların aparılması, ixrac üçün lazım olan bütün sənədlərin hazırlanması, sərgilərin təşkil olunması və sairə.

Vəzifə ilə bağlı tələblər:

• Havalandırma, isitmə, soyutma sistemləri (HVAC systems) üzrə iş təcrübəsinin və müvafiq biliklərin olması üstünlükdür;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
• MS Office (MS Word, MS Excell, MS PowerPoint) və Adobe Photoshop üzrə mükəmməl biliyin olması;
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;
• Havalandırma, isitmə, soyutma sistemləri üzrə təchizat zəncirinin idarə edilməsi (satınalma, təchizat, gömrük) və logistika sahəsində biliklərin olması;
• Müvafiq sahədə azı 3 il iş təcrübəsi olması;
• Yaş həddi: 25-35.

Əlavə məlumat

• Əməkhaqqı: 1200 AZN (əlavə bonus və ya mükafatlandırma ola bilər)
• Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

CV-lərinizi hr@melissagroup.az ünvanına "Təchizat zəncirinin idarəolunması üzrə Menecer" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP