Tərcüməçi
 
JOB TITLE: Tərcüməçi
EMPLOYER: Avrasiya Translation Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-06 LAST UPDATED: N/A DEADLINE: 2018-01-05

Avrasiya Translation Center

Tərcüməçi

Namizədə tələblər

• Yaş: 23-35 yaş arası xanım namizədlər
• Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir).
• İş təcrübəsi: Tərcümə sahələrdə çalışan namizədlərə üstünlük veriləcəkdir.
• İstiqamət: Azərbaycan – İngilis, Rus – İngilis, Rus – Az  dil bilikləri
• Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir.                                                             
• Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı. (Word, Excel mütləqdir)                                               

Şəxsi keyfiyyətlər

• Fikrini aydın çatdırmaq, yazılı və şifahi nitq qabiliyyəti
• Dəqiqlik, operativlik və yüksək tərcüməçilik qabiliyyəti
• İşə yaradıcı yanaşma, qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti
• Bilik və təcrübəni daima inkişaf etdirmək
• Komandada işləmə bacarığı və təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmək

Əsas vəzifə öhdəlikləri

•  Elmi, texniki, ictimai-siyasi, iqtisadi, hüquqi, tibbi, normativ-texniki sənədləri və başqa xüsusi ədəbiyyatları müvafiq dillərə tərcümə etmək
• Xarici ölkələrin, idarə və müəssisələrinin yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların və s. materialları tərcümə etmək
• Tələb olunan xarici dili, elmi-texniki tərcümənin metodikasını, tərcümənin qüvvədə olan əlaqələndirmə sistemini bilmək
• Mövzular üzrə, terminlər standartını, elmi və ədəbi redaktənin əsaslarını, dilin qrammatikasını və üslubunu bilmək
• Tərcümələrin tərkibi, mənanı və orijinal mətnin hisslərini özündə ehtiva etdiyinə əmin olmaq

İş şərtləri

• İş vaxtı 09:00 - 18:00
• İş günü 6/1 (bazar günləri istirahət günü)
• Əmək haqqı 400-700 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir)

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) cv@avrasiyabaku.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Tərcüməçi” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP