Treyder
 
JOB TITLE: Treyder
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-06 LAST UPDATED: N/A DEADLINE: 2018-01-05

Treyder

Vəzifə öhdəlikləri:

- Qiymətli kağızlar bazarında ticari əməliyyatların aparılması
- İnformativ - analitik resurslarla işləmək
- Ticarət və investisiya üçün aktual instrumentlərin seçilməsi
- Professional ticarət platformaları ilə işləmək (Forex və s.)
- Daxili və xarici bazar, iqtisadi xəbərlər haqqında hesabatların hazırlanması
- Günlük analitik tövsiyyələrin hazırlanması və təqdim edilməsi
- Ticari əməliyyatlar barəsində gündəlik hesabatların hazırlanması və s.

Tələblər:

- Müvafiq sahədə ali təhsil (maliyyə, iqtisadiyyat)
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
- Yaş həddi: 25– 40
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi texniki səviyyədə
- Fond bazarlarının işi barədə tam məlumatı olmalı
- Birja ticarətinin əsaslarını, texniki və fundamental analizini bilməli
- Analitik düşüncə tərzi olmalı
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı olmalı

İş şəraiti:

- İş vaxtı 09:00 – 18:00 bazar ertəsi – cümə. İstirahət günləri: şənbə, bazar günləri.
- İş yeri Sumqayıt şəhərində yerləşir.
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər.
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
- İş yerində təhlükəsiz əmək şəraiti yaradılmışdır.
- İşçilər yemək və korporativ nömrə ilə təmin olunur.

Əmək haqqı müsahibəni uğurla keçən namizəd ilə razılaşdırılacaqdır.

Maraqlananlar öz CV formalarını hrdcvacancy17@gmail.com ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP