Keyfiyyət və SƏTƏM üzrə Mütəxəssis
 
JOB TITLE: Keyfiyyət və SƏTƏM üzrə Mütəxəssis
EMPLOYER: Azecolab Company MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-06 LAST UPDATED: N/A DEADLINE: 2017-12-16

Azecolab Company MMC haqqında

Azecolab Company MMC 2000-ci ildə əsası qoyulmuş, ISO 9001, ISO 17025, OHSAS 18001, ISO 14001 standartları üzrə idarəetmə sisteminə malik tam özəl Azərbaycan şirkətidir. Əsas fəaliyyəti sahəsini sınaq və kalibrləmə üzrə xidmətlər təşkil edir. Azecolab Company MMC bir çox xarici və yerli şirkətlərə müxtəlif növ layihələr üzrə laboratoriya xidmətlərini icra edir. Azecolab Company MMC regionda ən geniş akkreditasiya sahəsinə malik olan, nəticələri beynəlxalq səviyyədə qəbul olunan laboratoriyadır.

Keyfiyyət və SƏTƏM üzrə Mütəxəssis

Əmək funksiyaları:

1. ISO və digər beynəlxalq standartların tələblərinə uyğun sənədlərə nəzarət funksiyasının icrası;
2. Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
3. Ətraf mühit aspektlərinin qiymətləndirilməsi;
4. İş yerlərində təhlükə və risklərin qiymətləndirilməsinin icrası;
5. İş yerlərində ətraf mühit ölçmələrin aparılması;
6. Layihələr üzrə təhlükə və risklərin qiymətləndirilməsi;
7. Sahə işləri və avtomobillərlə əlaqəli risklərin qiymətləndirilməsi və lazımı tədbirlərin icrasına nəzarət;
8. COSHH qiymətləndirilməsinin edilməsi;
9. Daxili audit və inspeksiyaların icrası;
10. Uyğunsuzluqların və hadisələrin qeydiyyatı, təhlili, araşdırılması, qabaqlayıcı tədbirlərin planlaşdırılması və icrasına nəzarət;
11. Keyfiyyət və SƏTƏM sahəsində qəbul olunmuş illik məqsədlərə uyğun inkişaf proqramlarını (o cümlədən təlim proqramlarını) işləyib hazırlamaq və onların icrasına nəzarət;
12. Müxtəlif statistik hesabatların hazırlanması;
13. Keyfiyyət və SƏTƏM üzrə şirkətin təqdimatlarını hazırlamaq;
14. Xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün illik müştəri sorğularının toplanması və təhlili;
15. Keyfiyyət və SƏTƏM üzrə daxili təlimlərin təşkil edilməsi;
16. Keyfiyyətin idarə edilməsi sahəsində digər əlaqəli funksiyaların icrası;
17. SƏTƏM idarəetmə sistemi üzrə digər əlaqəli funksiyaların icrası.

Tələblər:

1. Texniki yönümlü ali təhsil (kimya, fizika, riyaziyyat və s.);
2. Azərbaycan, ingilis və rus dillərində sənədləri düzgün və dəqiq hazırlamaq, bu dillərdə sərbəst danışmaq bacarığı;
3. Microsoft Word, Excel, Outlook və Power Point proqramlarında sərbəst və sürətli işləmək bacarığı;
4. ISO 9001, OHSAS 18001, ISO 14001 (ISO 17025 arzuolunandır) standartları üzrə səriştənin olması;
5. Risklərin qiymətləndirilməsi sahəsində səriştənin olması;
6. Keyfiyyət və SƏTƏM sahəsində ən azı 1 il iş təcrübəsinin olması.

Əmək şərtləri:

1. Əmək məcəlləsinə uyğun əmək müqaviləsi, 5 günlük iş rejimi (08:30-17:30);
2. İş yeri: Bakı şəhəri, Salyan şossesi 15, Azecolab Company MMC;
3. Tibbi sığorta;
4. Nahar və nəqliyyatla təminat.

Vakansiya ilə maraqlanan şəxslər mütləq aşağıdakı məlumatları hr@azecolab.com ünvanına göndərməlidirlər. CV qəbulu 15.12.2017-ci il tarixində yekunlaşdırılacaq. Yalnız dəqiq və dolğun məlumatları təqdim edən namizədlər müsahibəyə dəvət olunacaqlar;

1. Mövzu yerində vakansiyanın adı qeyd edilməlidir;
2. Namizədin səriştəsini nümayiş edən CV təqdim edilməlidir;
3. Bu vəzifədə çalışmaq üçün maaş tələbi qeyd edilməlidir.

E-mail: hr@azecolab.com
Tel: 012 310 02 00/ 012 310 03 00

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP