Müştəri Əlaqələri Meneceri
 
JOB TITLE: Müştəri Əlaqələri Meneceri
EMPLOYER: Azərbaycan Bank Tədris Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-07 LAST UPDATED: N/A DEADLINE: 2018-01-06

Azərbaycan Bank Tədris Mərkəzi Müştəri Əlaqələri Meneceri vəzifəsinə müsabiqə elan edir.

Vəzifənin öhdəlikləri

• Mərkəzin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək;
• müştəri reytinq sisteminin yaratmaq və daima təkmilləşdirmək;
• müştəri seqmentasiyası aparmaq və təkmilləşdirmək;
• Mərkəzin mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək;
• Mərkəzə  yeni müştərilər cəlb etmək;
• Mərkəzin yeni təlim və məsləhət xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
• Mərkəzin təlim və məsləhət xidmətlərinin təşviqini  və satışını həyata keçirmək;
• potensial müştərilərə təlim və məsləhət xidmətləri üzrə təkliflər hazırlamaq və onların razılaşdırılmasını təmin etmək;
• Mərkəzin xidmətləri üçün müraciətlərin qeydiyyatını aparmaq;
• Mərkəzin təlim xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
• müştəri əlaqələri, satış və bu işlərə dəstək olacaq ona həvalə edilmiş layihələri idarə etmək;
• Mərkəzin təşviqat məhsullarını hazırlamaq;
• Mərkəzin insan resurslarının idarə olunması işlərini aparmaq;
• ehtiyac olduqda təlim və digər tədbirlərin təşkilinə dəstək vermək;
• Mərkəzin Direktorunun satış və müştəri əlaqələri ilə bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Vəzifəyə olan tələblər

 Hər hansı ali təhsil;
 müştərilərlə iş sahəsində ən azı bir il təcrübə;
 Azərbaycan, İngilis və Rus dillərini bilmək;
 işə yaradıcı yanaşmaq, yeni idealara malik olmaq qabiliyyəti;
 ABTM-nin xidmətlərini təşviqetmək və satmaq bacarığı;
 layihə idarə etmək bacarığı;
 komandada işləyə bilmək qabiliyyəti;
 qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti;
 insanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
 MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.

E-mail: office@abtc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP