Hidrotexniki qurğuların diaqnostikası üzrə Mühəndis
 
JOB TITLE: Hidrotexniki qurğuların diaqnostikası üzrə Mühəndis
EMPLOYER: Oil Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-05 LAST UPDATED: 2018-01-08 DEADLINE: 2018-02-04

Vəzifə: Hidrotexniki qurğuların diaqnostikası üzrə Mühəndis

Ümumi məlumat:

Hidrotexniki qurğuların diaqnostikası üzrə Mühəndis tədqiqatların aparılması üsullarının nəzəri əsaslarını və praktiki tətbiqini bacarmalı və keyfiyyətlə yerinə yetirməlidir;

Əsas Öhdəliklər:

• Tədqiqat obyektinin layihə sənədləri üzrə və ya naturada aparılan ölçü-tədqiqat işlərinin nəticələri əsasında konstruktiv göstəricilərini, müvafiq xassələrini qiymətləndirmək, onların müqayisəli analizini aparmaq;
• Tədqiqatların nəticələrini normativ tələblərə uyğun tərtib edilməsi;
• Tədqiqat sahəsi üzrə istifadə olunan obyektlərin layihələri ilə sərbəst işlənilməsi;
• Tədqiqatların nəticələrinin işlənməsində, analizində və tərtibatında müasir proqram və hesablama vasitələrindən istifadə edilməsi;
• Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihələrin yerinə yetirilməsi üçün tədbirlər və təkliflər işləyib hazırlamaq;
• Elmi tədqiqat işlərinin yerinə yetirilməsi, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində iştirak etmək, rəy və təkliflər hazırlamaq;
• İşlərin qrafiklərini, sifarişləri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək;
• Plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək;
• Tədqiqat obyektlərinin sxemlərini hazırlamaq;

Tələb olunan bilik və bacarıqlar:

• İnşaat Mühəndisliyi körpü tunel və hidrotexnika fakultəsinin məzunlarına üstünlük veriləcəkdir;
• Materialların müqavimətini bilməli;
• İnşaat mexanikası və metal konstruksiyalar haqda anlayışı olmalı;
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;

İş yeri haqqında:

• 5 günlük iş rejimi, şənbə və bazar istirahət günləridir.
• İş saatları: 08:30 - 17:30

Zəhmət olmasa mövzu yerində Hidrotexniki qurğuların diaqnostikası üzrə Mühəndis qeyd edərək CV-lərinizi recruitment@nipineftegas.az ünvanına göndərəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP