Marketinq Meneceri
 
JOB TITLE: Marketinq Meneceri
EMPLOYER: 166 Yükdaşıma və Logistika şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-05 LAST UPDATED: 2018-01-08 DEADLINE: 2018-02-04


 
Logistik xidmətlər üzrə Azərbaycanda öndə gedən şirkətlərdən biri olan, operativ, yüksək keyfiyyətdə xidmətlər göstərərək daim yüksək müştəri məmnuniyyətini təmin edən, peşəkar, inkişafa meylli işçi qüvvəsinə sahib olan 166 Yükdaşıma və Logistika şirkəti “Marketinq Meneceri” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

Yeni məhsulların yaradılması üçün bazar araşdırmalarının və təhlillərinin aparılması;
Bazar və rəqiblərin analizi və tələbatın müəyyənləşdirilməsi;
Marketinq strategiyalarının və planlarının hazırlanmasında iştirak;
Marketinq, Reklam, PR aksiyaları və şirkət məhsullarının irəliləməsi üçün keçirilən aksiyaların planlaşdırılması, təşkili, nəzarəti və effektivliliyin təhlili, onların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;
Potensial müştəri bazasının yaradılmasının təmin edilməsi;
Marketinq və reklam layihələrinin icra olunmasına dəstək verilməsi;
CRM (Müştəri Əlaqələrin idarəolunması) sisteminin idarə olunmasında iştirak

Namizəddə tələblər:

• Marketinq və ya iqtisadiyyat yönlü ali təhsil;
• Kreativ və yaradıcı olmalı;
• Analiz etmə qabiliyyəti , yüksək ünsiyyət və hesabatları  təqdim etmə bacarığı olmalı;
• Yüksək səviyyədə MS office proqram bilikləri,
• Rus dilləri üzrə biliklər (İngilisi dili biliyi arzu olunandır)
• Müvafiq sahə üzrə 3 – 5 il iş təcrübəsi;

Maraqlanan namizədlər CV’lərini mövzu başlıq yerinə “Marketinq Meneceri” qeyd etməklə cv@166.az mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP