Katibə-Referent
 
JOB TITLE: Katibə-Referent
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-08 LAST UPDATED: N/A DEADLINE: 2018-02-07

Collezione Italia Azərbaycanda vüsət alaraq geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks interyer satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia lyuks sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu brendlərini idxal edərək xidmət göstərir.

Collezione Italia hazırda katibə-referent vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 23-dən yuxarı;
• Təhsil: Ali
• Cinsi: xanım;
• Xoş xarici görkəm;
• Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları.

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Ofisə gələn müştərilər və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Showroom direktoruna yardım etmək, o cümlədən onun sənədlərini, müqavilə yekun cədvəllərini və s. üzərində işləyərək hazırlamaq;
• Mağaza qrafikinin hazırlanması,  və kordinasiya olunması;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Katibə-referent” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP