Daxili Audit Departamentinə baş/aparıcı mütəxəssis
 
JOB TITLE: Daxili Audit Departamentinə baş/aparıcı mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-10 LAST UPDATED: N/A DEADLINE: 2018-02-09

 

“ABB” ASC Daxili Audit Departamentinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək və nəticələrini görmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə əməliyyatların monitorinqlərinin aparılması;
 Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
 Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
 Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması;
 Bank əməkdaşları və müştərilər ilə görüşlərin təşkili;
 Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi;
 Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Davranış səriştələri:
 Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
 Aanalitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
 Vaxtın səmərəli idarəedilməsi;
 Təqdimat bacarığı.

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi və ya hüquqi təhsil və bank sistemində azı 2 illik iş stajı və ya ali təhsil və bank sistemində azı 4 illik iş stajı (Xarici təhsil və xüsusi beynəlxalq sertifikatları, eləcə də  audit, nəzarət, risklərin idarə olunması və mühasibatlıq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
 Azərbaycan, Rus  və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
 Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;
 Uzunmüddətli ezamiyyətlərə getmək imkanı.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili Audit Departamentinə baş/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP