Kadrlar üzrə Mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə Mütəxəssis
EMPLOYER: Xurcun DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-10 LAST UPDATED: N/A DEADLINE: 2018-02-09

 

KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS

Cinsi: Kişi
Təhsil: Ali
Yaş: 20-30
İş qrafiki: həftə içi 5 gün 09:00-18:00,şənbə günü 09:00-13:00
Əmək haqqı: 500-600 AZN

Vəzifə öhtəlikləri:

Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;

• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir; 
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
• Kadr sənədləşməsinə mütəmadi nəzarət.

Tələb olunan  xüsusiyyətlər

 İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
 AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
 Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
 Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
 Güclü ünsiyyət və danışıq qabiliyyəti;
 Azərbaycan, Rus dilni bilməsi arzu olunandır.
 Komandada işləmək bacarığı;

Şəkilli cv-ləri hr@azmtrading.az ünvanına mövzu yerinə  “ Kadrlar üzrə mütəxəssis”  qeyd edərək göndərə bilərsiz.

Əlaqələndirici şəxs - Seyidova İlahə

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP