Metaləritmə zavodu, Poladtökən operator
 
JOB TITLE: Metaləritmə zavodu, Poladtökən operator
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-11 LAST UPDATED: 2018-01-12 DEADLINE: 2018-02-10

 

Vəzifənin adı: Metaləritmə zavodu, Poladtökən operator

Vəzifə öhdəlikləri:

• FPTM-ı işə hazırlayır.
• Üstündə poladtökən çalov olan arabanın, aralıq çalovun, kristallaşdırıcının, poladtökmə zamanı istifadə olunan avadanlıq və köməkçi vasitələrin və s. tökmə əməliyyatına başlamazdan əvvəl tam şəkildə hazır olmasını təşkil eir.
• Qaz və oksigen xətlərinin vəziyyətini yoxlayır.
• Dartıcı elementi(zatravka) kristallaşdırıcıya daxil edir.
• Körpülü kranla arabacığa yerləşdirilən çalovu aralıq çalovun üzərində yerləşdirir, şiberi açır, aralıq çalovun 1/5 hissəsi dolandan sonra aralıq çalovun altındakı stəkanları açaraq metal şırnağını kristallaşdırıcıya yönəldir və metalın vəziyyətindən asılı olaraq tökmənin sürətini nizamlayır.  
• Əsas idarəetmə pultundakı operatorla daım əlaqə saxlayır və ona göstərişlər verir.
• Tökmə əməliyyatı başa çatandan sonra maşını yeni ərintinin tökülməsinə hazırlayır.
• Kristallaşdırıcının yağlama sisteminin işini və çəndə yağın səviyyəsini yoxlayır.
• Zatravka vəkristallaşdırıcı arasındakı boşluğu doldurur.
• Tökmə zamanı soyutma sisteminin işinə və su sayğaclarının göstəricilərinə nəzarət edir.
• Nəzarət-ölçü, qəza xəbərverici və qoruyucu mexanizmlərin siqnallarına diqqət yetirir.
• Ərinmiş metalın tökülmə ehtimalı olan yerlərdə nəmişilyin olmamasını təmin edir.
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir.
• Hər müxtəlif markalı və temperaturlu ərintilərin tökülmə xüsusiyyətlərini öyrənir və əməl edir.
• Sıxılmış qaz, oksigen və havadan istifadə qaydalarını öyrənir və əməl edir.
• Yellənmə mexanizminin işinə və su çiləyicilərin düzgün işləməsinə nəzarət edir.
• Qazla metalkəsmə avadanlıqlarının vəziyyətinə nəzarət edir.
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir.
• Qəza meydançasına yığılan metal qırıntılarını təmizləyir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• Tökmə zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və  avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Növbəni qəbul edən heyət növbənin başlanmasına 15 dəqiqə qalmış iş yerində olmalıdır.
• İşi qəbul edən növbənin poladtökən operator və ya köməkçisiişə çıxmadıqda növbəni təhvil verən poladtökən operator və ya köməkçisiən azı 2 saat işdə qalmalı və bu barədə növbə rəisinə və ya sex rəisinə məlumat verməlidir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət etməli.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP