Usta (Kondisioner,Soyuducu,Paltaryuyan,Qabyuyan,mikrodalğalı soba,aspiratorların təmiri üzrə)
 
JOB TITLE: Usta (Kondisioner,Soyuducu,Paltaryuyan,Qabyuyan,mikrodalğalı soba,aspiratorların təmiri üzrə)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-07 LAST UPDATED: N/A DEADLINE: 2018-03-09

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Usta (Kondisioner, Soyuducu, Paltaryuyan, Qabyuyan,  mikrodalğalı soba, aspiratorların təmiri üzrə)

Vakansiyanın aktiv olduğu regionlar: Bakı, Sumqayıt

“Optimal Elektronika” MMC kondisioner, soyuducu, paltaryuyan, mikrodalğalı soba, televizor,  aspiratorların təmiri üzrə yüksək kvalivikasiyalı ustaların işə qəbulunu elan edir.

Tələblər:

- Təhsil : Orta və ya ali (Aidiyyati sahə üzrə sertifikatın olması üstünlükdür.)
- İş stajı :Servis  sahəsində ən azı 2  il;
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür.
- BOSCH, Samsung, Vestel, Simfer, Karcher  kimi brendlərin məhsulların təmiri və montajını əla səviyyədə bilməlidir.
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar.

Əsas vəzifələr:

• Servis Mərkəzi tərəfindən təyin olunan  ünvanlarda məhsulların təmirini və montajını həyata keçirmək ;
• BOSCH, Samsung, Vestel, Simfer, Karcher  kimi brendlərin cihazların nazaslığının diaqnostikası, montajı və təmirinin həyata keçirilməsi;
• Müştəri məmuniyyəti tam təmin etmək;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə  6 iş günü, 1  gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Usta ( fəaliyyət sahəsi)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 05.03.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP