Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-08 LAST UPDATED: N/A DEADLINE: 2018-03-10

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tələb olunan iş Bacarığı:

- Müəssisənin yerinə yetirilən işlərinin keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək.
- İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək.
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək.
- Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak edir;
- Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək.
- Müəssisənin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət  etmək. Şirkətin inşaasını apardığı ayrı-ayrı Tikinti Obyektlərinin departamentlərinin hazırladığı bütün sənədlərin yerli və beynəlxalq norma və standartlara uyğunluğu üçün rəy verir
- Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin hazırlanması;
- Prosesləri, prosedurları, qaydaları müəssisənin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli; 
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi:  25-45 AZN
- Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini   hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP