Fiziki Şəxslərə xidmət üzrə baş Mütəxəssis
 
JOB TITLE: Fiziki Şəxslərə xidmət üzrə baş Mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-09 LAST UPDATED: N/A DEADLINE: 2018-03-11

Vəzifə: Fiziki Şəxslərə xidmət üzrə baş Mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Ünsiyyət qurmaq bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı. 

İŞİN TƏSVİRİ:

• Fiziki şəxslərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
• Fiziki şəxslərə istehlak kredit məhsulları barədə məlumatlar vermək və istehlak kredit sifarişlərini qəbul edib kreditləri rəsmiləşdirilmək;
• Ödəniş kartları sifariş etmək;
• Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqlarını yerinə yetirmək;
• Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasına nəzarət etmək;
• Müştərilərə xidmət işinin təkmilləşdiriməsi və inkişafına dair təkliflər vermək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki şəxslərə xidmət üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP