Məhsul Meneceri (Bakı və Regionlar)
 
JOB TITLE: Məhsul Meneceri (Bakı və Regionlar)
EMPLOYER: Avromed Company QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-09 LAST UPDATED: 2018-02-09 DEADLINE: 2018-03-11

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.  

Şirkət Bakı və Regionlar üzrə “Məhsul meneceri” vəzifəsinə işçi dəvət edir.

İş barədə məlumat

• Dərmanların illik marketinq planını hazırlayir;
• İllik promosiya büdcəsini rüblük və aylıq şəkildə planlayır;
•  Dərmanlar üzrə ən müvafiq rəqabət strategiyaları və rəqabət edəcək bazar payı hədəflərini müəyyən edir və bu strategiyaları daima yeniləyir;
• Dərmanların aylıq satış həcmlərini analiz edir, bazar payı qrafiklərini hazırlayır, satış/ strategiya müvafiqliyini yoxlayır və vaxtında lazımi tədbirlər görür;
• Aylıq kvota-satış-büdcə analizlərini həyata keçirir, aylıq fəaliyyətləri haqqında ayın sonunda şöbə  müdirinə hesabat verir. 

Tələb olunan bilik və bacarıqlar:

• Ali Tibbi təhsil
• Marketinq sahəsində ən az 3-4 il iş təcrübəsi
• Xarici dil ( ingilis və rus dili)
• Analitik bacarıqlar
• İşgüzar ünsiyyət etikası
• Kommunikasiya bacarıqları
• İşgüzar yazışma bacarığı
• Planlaşdırma bacarığı
• MS office, 1C
OTC məhsullarının marketinq fəaliyyətində çalışmış namizədlərə üstünlük veriləcək.

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 09.03.2018-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Məhsul meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP