İnşaat mühəndisi
 
JOB TITLE: İnşaat mühəndisi
EMPLOYER: Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-12 LAST UPDATED: N/A DEADLINE: 2018-03-14

Vakansiya: İnşaat mühəndisi
 
Tələb olunan iş Bacarığı:
 
- Tikintinin layihə-smeta sənədlərinə uyğun aparılmasını təmin etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilmək;
- İş planını və texniki təhlükəsizlik sənədlərini hazırlamaq;
- İcra aktları əsasında material, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək və müvafiq tapşırıqlar vermək.
 
Tələb olunan təhsil və biliklər:
 
- Müvafiq sahədə Ali təhsil (İnşaat mühəndisi)
- İnşaat mühəndisi olaraq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi
- Azərbaycan  dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı (İngilis və Rus dilləri arzuolunandır)
- Kompüter bilikləri  (Microsoft Word & Excel, AutoCAD)
 
Digər tələb və şərtlər:
 
- Əmək haqqı: iş təcrübəsi və təhsil nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
 
Maraqlanan şəxslərdən xahiş olunur ki şəkilli CV formasını hrc.ecompany@gmail.com ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnşaat mühəndisi) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP