Hüquq bölməsinin Mütəxəssisi
 
JOB TITLE: Hüquq bölməsinin Mütəxəssisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-13 LAST UPDATED: N/A DEADLINE: 2018-03-15

Hüquq bölməsinin Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Məhkəmə mubahisələrinin hüquqi nöqtəyi nəzərindən həll edilməsi üçün tədbirlərin görülməsi (iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərin hazırlanması və s.)
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Mülki müqavilələrin, layihələrinin hazırlanması;
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
• Tam məxfiliyə riayət edilməsi.

Namizədlərə tələblər:

• Ali hüquqi təhsil;
• İxtisas üzrə praktiki iş təcrübəsi;
• Azərbaycan və rus dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Dürüst, stessədavamlı.

Əlavə şərtlər

• Ə/haqqı: 600-800 AZN
• İş vaxtı: 5 gün, 09:00-18:00

Maraqlananlar öz cv-lərini vacancy.hr.com@gmail.com ünvanına 12.03.2018-ci il tarixinə kimi göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP