Korporativ müştərilərlə iş üzrə Maliyyəçi Analitik
 
JOB TITLE: Korporativ müştərilərlə iş üzrə Maliyyəçi Analitik
EMPLOYER: Baku Retail Partners MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-27 LAST UPDATED: 2018-03-27 DEADLINE: 2018-04-26

Vəzifə:   Korporativ müştərilərlə iş üzrə Maliyyəçi Analitik

Şöbə:   Maliyyə

Tabəçilik:  Şöbə rəhbəri

Şirkət haqqında məlumat:

Baku Retail Partners şirkəti 2012-ci ildə yaradılıb. Əsas istiqamətlərin biri onlayn-mağaza satışların keçirilməsidir. Şirkət, öz biznesinin fəaliyyətinə uyğun informasiya texnologiyaları ilə təcrübə əsasında qida, qeyri-qida və ofis məhsullarının onlayn-pərakəndə satışı üçün unikal inteqrasiya edilmiş əməliyyat həlli işləyib hazırlamışdır.

Vəzifə öhdəlikləri:

Debitor borc qalıqları üzrə debitorlarla danışmaq və borc qalıqları haqqında məlumatlandırmaq;
Debitor borcların yığılmasına nəzarət;
Debitor borcların üzləşdirilməsi;
Şirkətdaxili xüsusi kassa-bank əməliyyatları raporlarının hazırlanması;
Debitor hesabatın təqdim edlməsi;
Kreditor borcların üzləşdirilməsi;
Kreditor ödənişlərin planlama üzrə izlənməsi və ödənişə təqdim olunması;
Kreditor hesabatın təqdim edlməsi;
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
İş proseslərinə aid prosedurların hazırlanmasında iştirak etməsi;
Digər şöbələri ilə əməkdaşlıq qurulması.

Namizədə tələblər:

Ali təhsil (Maliyyə-iqtisad təhsili arzuolunandır);
Maliyyə sahədə 3 il iş təcrübəsi olan;
Maliyyə prosedurları bilən;
Azərbaycan, rus dilində fikirlərini düzgün ifadə etmək bacarığı;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
İşə proseslə yanaşma bacarığı;
Logo,  1C proqramlarını istifadəçi səviyyəsində bilmək;.
Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;

İş şəraiti:

Karyera artımı;
İş qrafiki: Bazar ertəsi – Cümə gününə, saat 09:00-dan 18:00-dək,
Şənbə günləri 09.00-dan 14.00-dək ;
Nahar şirkət tərəfindən təmin olunur;
Rəsmiləşdirmə: AR ƏM əsasən aparılacaqdır;
Korporativ nömrə və danışıq limiti;
Mehriban və dinamik kollektiv.

Biz maliyyə sahəsində təcrübəsi olan, analitik bacariğı olan işçi axtarırıq.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ müştərilərlə iş üzrə maliyyəçi analitik” qeyd edərək öz CV lərini s.akbarli@defne.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP