İstehsalat Müdiri
 
JOB TITLE: İstehsalat Müdiri
EMPLOYER: Əjdaha şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-07 LAST UPDATED: 2018-03-09 DEADLINE: 2018-04-06

Hazırda Əjdaha şirkəti “İstehsalat Müdiri” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• İstehsalat işçilərinə rəhbərlik edir;
• Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;
• Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
• Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
• İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət;
• Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
• Məhsulun istehsalı və qablaşmasına daim ciddi nəzarət etməli;

Tələblər

• Ət və ət məhsulları istehsalında oxşar vəzifədə çalışmış, istehsal və istehsalat mövzusunda məlumatlı və təcrübə sahibi,
• Yeniliklərə və öyrənməyə meyilli, analitik düşüncəsi olan,
• MS Office proqramını istifadə etməyi bacaran,
• Çevik iş qrafikinə uyğun olan,
• Kollektivlə çalışmağı bacaran, komandasını idarə edə bilən və istiqamətləndirən,
• Qida Təhlükəsizliyi və İdarə Sistemlərində (İSO 9001:22000,HACCP, Təmizlik kimi) mövzularda məlumat sahibi,
• Mərkəz və şöbələr arasindaki koordinasiyani təmin etmək.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 - 18:00

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az elektron ünvanına mövzu hissəsində “İstehsalat Müdiri”qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP