Metaləritmə zavodu, İtələyici operator
 
JOB TITLE: Metaləritmə zavodu, İtələyici operator
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-07 LAST UPDATED: N/A DEADLINE: 2018-04-06

Vəzifənin adı: Metaləritmə zavodu, İtələyici operator

Vəzifə öhdəlikləri:

• Yayma xətti profilaktika üçün dayandırıldıqda sobanın yüklənmə meydançalarını, konveyer xəttinin altını təmizləyir.
• Sobanın içinin təmizlənməsi, hörgü və tavan təmiri işləri qızdırıcının göstərişi əsasında yerinə yetirilməlidir.
• İtələyici operatoru idarə etdiyi xəttin texniki xarakteristikasını tam bilməli.
• İtələyici operatoru sobanı yalnız ustanın göstərişi əsasında doldurmalı.
• Sobaya pəstah yüklənərkən konveyer xəttinin üstündə adamların və alətlərin olmasına yol verməməli.
• Konveyer xətti  işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.     
• İşəsalma mərhələlər üzrə texnoloji ardıcıllıqla həyata keçirilir.
• Təkrar işəsalma ancaq dayanmanın səbəbləri tam aradan qaldırıldıqdan sonra xətti saxlayanın və ya təmir personalının razılığı ilə həyata keçirilməlidir.
• Oksigendən istifadə edərkən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilməli.
• Metal pəstahlar maqnit şaybalı kranla konveyerin üstünə yüklənərkən təhlükəsiz yerə çəkilməli və kran maşinistinə düzgün və aydın komandalar verməlidir.

Təhsil/Təcrübə: 

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP