Təchizat zəncirinin idarəolunması üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat zəncirinin idarəolunması üzrə mütəxəssis
EMPLOYER: Arsenal Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-09 LAST UPDATED: 2018-03-27 DEADLINE: 2018-04-08

ARSENAL GROUP

Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə), eksklüziv mebel və otaq qapıları istehsalı istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 26 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.

ARSENAL GROUP” namizədləri  “Təchizat zəncirinin idarəolunması üzrə mütəxəssis” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə və öhdəliklər:

• Satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
• İllik satınalma planının hazırlanması;
• Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
• Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
• Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
• Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
• Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
• Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
• Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması; 

Namizədə tələblər:

• Ali iqtisadi Təhsilli
• Müvafiq sahədə azı 3 il iş təcrübəsi olması;
• Türk, rus və ingilis dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
• MS Office (MS Word, MS Excell, MS PowerPoint) mükəmməl biliyin olması;
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;
• Təchizat zəncirinin idarə edilməsi (satınalma, təchizat, gömrük) və logistika sahəsində biliklərin olması;
• Yaş həddi: 25-40.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı: 800-1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Təchizat zəncirinin idarəolunması üzrə mütəxəssis" yazaraq cv@arsenalgroup.az  ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP