Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə Təcrübəçi
 
JOB TITLE: Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə Təcrübəçi
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-12 LAST UPDATED: N/A DEADLINE: 2018-04-11

 “ABB” ASC-nin Korporativ Biznes Departamentinin Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə təcrübəçi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Korporativ müştərilərin sifarişlərinin qəbul olunması;
 Maliyyə hesabatlarının təhlil olunması və müvafiq təhlil materiallarının hazırlanması;
 Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
 Kredit sifarişlərinin yekun analiz nəticələrini Kredit Komitəsinə təqdim olunması.

Şəxsi keyfiyyətlər:

 Analatiki bacarıqlar;
 Ünsiyyət bacarığı;
 Təqdimat bacarığı;
 Problemləri həll etmə bacarığı;
 Vaxtın idarəedilməsi;

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Azərbaycan, Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;

Bu iş sizə nələri qazandıracaq:

 Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Təşkilatların maliyyə analizlərinin aparılması təcrübəsi;
 Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  19 Mart  2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi- Maliyyə təhlili” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP