İnşaat Mühəndisi
 
JOB TITLE: İnşaat Mühəndisi
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-13 LAST UPDATED: N/A DEADLINE: 2018-04-12

İnşaat Mühəndisi

Tələb olunan iş Bacarığı:

- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmək.
- Layihədə olan uyğunsuzluqların müəyyən edilməsi və müvafiq həll variantının verilməsi.
- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İş qrafikinin tərtib edilməsi.
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- İş Metodunun hazırlanması.
- İşlərin İcra Aktlarının hazırlanması.
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi.
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkili.
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilmək.
- Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s; Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkili.
- Obyektdə iş qrafiki və İş metoduna uyğun Tikinti Quraşdırma İşlərinin təşkil edilməsi.

Tələb olunan təhsil və biliklər:

- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İnşaat mühəndisi olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi
-  Azərbaycan  dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir)
- Yüksək kompüter bacarıqları  (Microsoft Office, AutoCAD )
- Komandada işləmək bacarığına sahib olmalı;

Digər tələb və şərtlər:

- Yaş həddi:  25-45 AZN
- Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Maraqlanan şəxslərdən  xahiş olunur ki CV formasını Azərbaycan dilində hr@smts.az ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnşaat mühəndisi) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP