İqtisadiyyat üzrə bakalavr proqramı
 
JOB TITLE: İqtisadiyyat üzrə bakalavr proqramı
EMPLOYER: İSET DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-27 LAST UPDATED: 2018-04-26 DEADLINE: 2018-05-27

İSET İqtisadiyyat üzrə bakalavr proqramı

Maliyyə və dövlət siyasəti sahəsində ixtisaslaşma

PROQRAM HAQQINDA

Tbilisi Dövlət Univesiteti nəzdində olan Beynəlxalq İqtisad Məktəbi (İSET) iqtisadiyyat ixtisası üzrə İngilis dilində tədris ediləcək  bakalvr proqramını təqdim edir.

Yüksək keyfiyyətə nail olmaq üçün proqram beynəlxalq professorlar və qərb təhsilli gürcü professorları tərəfindən tədris ediləcək. 

Kurikulum Şimali Amerika və Qərbi Avropanın ən yaxşı iqtisadiyyat proqramlarını əks etdirəcək.

İSET-in bakalavr proqramı 2025-ci ilə qədər CIMA (Chartered Institute of Management Accountants) tərəfindən akkreditə olunmuşdur.  Proqram Böyük Britaniya NARIC tərəfindən Böyük Britaniyanın bakalavr dərəcəsi ilə eyni səviyyədə tanınmışdır.

TƏHSİL HAQQI VƏ MALİYYƏ DƏSTƏYİ

• Təhsil haqqı: 3 000 ABŞ dolları
• Təhsil haqqı təqaüdləri: Azərbaycandan olan tələbələr üçün təhsil haqqının 60%-ə qədərini əhatə edən təhsil təqaüdləri mövcuddur. 
• Mənzil ilə təminat: Tələbələr təhsil aldıqları dövrdə Tbilisidə mənzillə təmin olunurlar.
• Tələbə təqaüdləri: Akademik bacarıqlarına görə fərqlənən tələbələrə aylıq təqaüdlər verilir.

KARYERA İMKANLARI

• Xaricdə bir semester təhsil: İSET-in Qərbi Avropanın əməkdaşlıq etdiyi təhsil müəssəsələri ilə mübadilə proqramında iştirak etmək
• Əmək bazarına təcrübəli daxil olmaq: aparıcı banklarda, beynəlxalq maliyyə qurumlarında və QHT-lərdə, Gürcüstanın dövlət agentliklərində və özəl şirkətlərində təcrübə proqramları keçmək. İSET-in təcürbəli işçi heyəti və məzunları iş axtarma prosesində sizə köməklik göstərəcək. 
• Təhsilini xaricdə davam etdirmək: İSET öz məzunlarını dünyanın ən aparıcı ixtisaslarında yerləşdirməkdən yüksək qürur duyur: bunlar Stanford, Çikaqo, New York, McGill, Pennsylvania, Warwick, McGill, Caltech, Leicester kimi tanınmış universitetlərdir. Hal-hazırda PHD proqramına cəlb olunan İSET məzunlarının hamısı tam təqaüd alırlar.

QƏBUL TƏLƏBLƏRİ VƏ PROSEDURLAR

Azərbaycanlı tələbələr
• Beynəlxalq tələbələr www.iset.ge  saytı vasitəsi ilə online qeydiyyatdan keçməlidirlər.
• Sizə proqrama qəbulunuz ilə bağlı kömək etmək məqsədi ilə İSET əlavə məlumatlar göndərəck və sizinlə əlaqə saxlayacaq.
• İSET Gürcüstan höküməti tərəfindən tələb olunacaq bütün sənədlərin tərcümə olunmasında və natariusda təsdiq edilməsinə sizə köməklik göstərəcək və tələb olunarsa tələbə vizasının alınmasında da dəstək olacaq.

İndi müraciət edin:  http://applications.iset.ge/BA/

Müraciətin son tarixi: May 20, 2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP