IT Departamentinin İnfrastruktur şöbəsinə Mütəxəssis
 
JOB TITLE: IT Departamentinin İnfrastruktur şöbəsinə Mütəxəssis
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-03-13 LAST UPDATED: N/A DEADLINE: 2018-04-12

“Bank Respublika” ASC IT Departamentinin İnfrastruktur şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• İstifadəçi kompüteri, proqram təminatı və periferik (printer, skayner və s.) avadanlıqların quraşdırılması və yönləndirilməsi;
• IT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, ehtiyac olan dəstəyin göstərilməsi;
• İstifadəçi komüterlərində və ya periferik (printer, skayner və s.) qurğularda yaranmış proqram və avadanlıq nasazlıqların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (texniki təhsil arzuolunandır);
• Format, tam diaqnostika, (Windows7/ 8.1/ 10-nun quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi);
• Bütün növ proqramları quraşdırmağı bacarmalı;
• MS Outlook, Word, Excel (2003/2007/2010) üzrə mükəmməl biliklər;
• Nasazlıqların axtarışı üzrə bacarıqlar;
• Windows domen və LAN üzrə başlanğıc biliklər;
• Printerlərlə iş üzrə bilik və iş təcrübəsi;
• Passiv, aktiv şəbəkənin və kompyuterlərlə bağlı başqa avadanlığın montajı;
• Kompyuter avadanlığının təmiri və montajı;
• Bankın filialları üzrə bölgələrdə yarana biləcək işlərlə əlaqədar ezamiyyətlərə hazır olmalı;
• Azərbaycan, rus dillərini yaxşı bilməli, ingilis dili yaxşı/orta (texniki səviyyədə) bilməli;
• İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 mart 2018-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IT Departamenti/İnfrastruktur şöbəsinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP