Boya sahəsi, Dozalayıcı
 
JOB TITLE: Boya sahəsi, Dozalayıcı
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-26 LAST UPDATED: 2018-04-26 DEADLINE: 2018-05-26

Vəzifənin adı: Boya sahəsi, Dozalayıcı

Vəzifə öhdəlikləri:

• Mərkəzi zavod laboratoriyasından vaxtı-vaxtında qətranın gelləşmə vaxtı barəsində məlumat almalı;
• Lazımi kimyəvi əlavələri tələb olunan miqdarda xammal anbarından sifariş edib iş sahəsində gətirilməsini təmin etməli;
• Ətraf mühitin temperaturundan asılı olaraq qətrana katalizatorun və sürətləndiricinin əlavə etmə nisbəti cədvəlini laboratoriyadan vaxtı-vaxtında almalı və həmin cədvələ uyğun olaraq öz işini təşkil etməli;
• Boya sərfiyyat jurnallarında mütamadi olaraq qeydiyyat aparmalı;
• Boya məhlulu ilə yaranan hər hansısa problem barəsində növbə ustasını və ya növbə rəisini dərhal məlumatlandırmalı;

Təhsil/Təcrübə:

• Orta və ya orta-texniki təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• E-mail:  cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP