Servis Mərkəzinin inzibatçısı (Gəncə, Sumqayıt)
 
JOB TITLE: Servis Mərkəzinin inzibatçısı (Gəncə, Sumqayıt)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-10 LAST UPDATED: N/A DEADLINE: 2018-05-10

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Servis Mərkəzinin inzibatçısı (Gəncə, Sumqayıt)

Tələblər:

- Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır);
- İş stajı :Servis  sahəsində ən azı 2  il;
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür.
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitika qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar.
*Namizəd Gəncə və ya Sumqayıt  sakini olmalıdır.

Əsas vəzifələr:

• Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək;
• Servisdə yaranan  problemlərin aradan qaldıırılmasını  təmin etmək;
• Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək;
• Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək;
• Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə  6 iş günü, 1  gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Servis Mərkəzinin İnzibatçısı (regionun adı)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.04.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP