Mühəndis Energetik
 
JOB TITLE: Mühəndis Energetik
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-16 LAST UPDATED: N/A DEADLINE: 2018-05-16

Mühəndis energetik

Tələblər:

 Müvafiq sahədə (Mühəndis-elektrik ixtisası üzrə) ali təhsil;
 Analoji sahədə minimum 5 il iş təcrübəsi;
 Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablamaqaydasının bilməli;
 Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
 Elektrik sxemlərini tərtib etmək bacarığı;
 Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
 Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
 Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat arzuolunana (Sənəd);
 Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
 İşgüzar və məsuliyyətli olmalı;
 Təzyiq altında işləməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

 Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
 Bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı  şəbəkələrinin layihələndirilməsi;
 Elektrik yükünün hesablanması;
 Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
 Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
 Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
 Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
 Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
 Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;

Əmək haqqı təklifi yüksəkdir, müsahibə prosesində müəyyən ediləcək.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühəndis energetik" sözünü qeyd etməklə recruitment@agagroup.az elektron poçtuna göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP