Filial Müdiri (Gəncə, Sabirabad, İmişli, Saatlı, Ağcəbədi və Beyləqan filiaları)
 
JOB TITLE: Filial Müdiri (Gəncə, Sabirabad, İmişli, Saatlı, Ağcəbədi və Beyləqan filiaları)
EMPLOYER: Kredit Təşkilatı DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-16 LAST UPDATED: N/A DEADLINE: 2018-05-16

Kredit  Təşkilatı yeni açılacaq olan “Gəncə”, “Sabirabad”, “İmişli”, “Saatlı”, “Ağcəbədi” və “Beyləqan” filiaları  üçün “Filial Müdiri” vakansiyası elan edir.

Müdir üçün Tələblər :

• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
• Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Daxili motivasiya və prinsipiallıq;
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Vəzifə və öhdəlikləri:

• Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
• Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   cv.officeinfo@gmail.com ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP