Korporativ satış üzrə Mütəxəssisi
 
JOB TITLE: Korporativ satış üzrə Mütəxəssisi
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-16 LAST UPDATED: N/A DEADLINE: 2018-05-16

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Korporativ satış üzrə Mütəxəssisi

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
• Azərbaycan dilində  sərbəst oxuyub və yazmağı bacarmalı;
• Satış sahəsində  təhlilinin aparılması qabiliyyəti olmalı;
• Komandada işləmək bacarığı olmalı;
•  Korporativ satış  sahəsində minimum 1 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə Excel proqramında əla bacarığı olmalı.
 
Əsas vəzifələr:

• Korporativ satış planının yerinə yetirilməsi;
• Korporativ müştəri bazasının genişləndirilməsi;
• Korporativ müştərilərin yenilənmə prosesinin aparılması;
• Korporativ müştərilərlə görüşlərin keçirilməsi;
• Işgüzar danışıqların və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Satışın artırılması ilə bağlı aidiyyatı şöbə rəhbərinə təkliflərin verilməsi;
• Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək.

İş şəraiti:

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Korporativ Satış üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 01.04.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP