Planlama üzrə mütəxəssis
 
JOB TITLE: Planlama üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-16 LAST UPDATED: 2018-04-16 DEADLINE: 2018-05-16

Planlama üzrə mütəxəssis

Öhdəliklər:

• Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
• Verilən satış proqnozları, planlar və sifarişlərə əsasən aylıq və həftəlik istehsal planlarının çıxarılması (MPS);
• Material ehtiyaclarının planlanması (MRP), tələblərin açılması və proqramda tətbiqi;
• Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinə davamlı nəzarət;
• İstehsalın gündəlik olaraq izlənilməsi və verilən planların yerinə yetirilməsinə nəzarət;
• Məhsulların reseptləri, avadanlıqların istehsal gücləri barədə verilən məlumatların analizi və düzgün istifadəsinə nəzarət;
• Planlamanın effektiv şəkildə aparılması üçün proseslərin analizi və təkliflərin verilməsi;
• ERP proqram üzrə istehsal proseslərinə aid məlumatların doğruluğuna nəzarət, yenilənmələrin zamanında həyata keçirilməsi;
• Analitik hesabatların hazırlanması, digər bölmələrdən planlamaya gələn sorğuların cavablandırılması;
• Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyatı əməkdaşlara texniki dəstəyin göstərilməsi.

Namizədə tələblər:

• Ali İqtisadi və ya Texniki təhsil;
• Planlama təcrübəsinin olması;
• MS Office bilikləri (Excel əla səviyyədə);
• ERP proqramlarda işləmə bacarığı (təcrübəsi).

Əlavə şərtlər:

• Ə/haqqı: danışıq əsasında;
• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Nahar şirkət tərəfindən verilir.

Maraqlananlar CV-lərini vacancy.hr.com@gmail.com ünvanına göndərərək, 17.05.2018 – ci il tarixinə
kimi müraciət edə bilərlər.
Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP