Baş mühəndis (Fasad sistemləri üzrə)
 
JOB TITLE: Baş mühəndis (Fasad sistemləri üzrə)
EMPLOYER: Akkord Industrial Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-19 LAST UPDATED: N/A DEADLINE: 2018-05-19

Baş mühəndis (Fasad sistemləri üzrə)

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili (arzu olunandır)
• Rus dili
• MS Office, Autocad
• Minimum 3 il Fasad sistemləri istehsalı sahəsində əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil (İnşaat və Memarlıq arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• Fasad sistemləri istehsalı texnologiyasını, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunandır.

Vəzifələr:

 Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və   işçi layihələrinin müvafiq qaydada hazırlanmasına nəzarət edir.
 Müəssisə tərəfindən hazırlanmış yaxud kənar müəssisədən təklif olunan layihələri yoxlayaraq münasibət bildirmək.
 İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
 Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.;
 Müştərilərin qəbulu və lazımi qeydlərin aparılmasını və təkliflərin verilməsini həyata keçirir;
 Müştəri əlaqələrinin inkişaf etdirilməsi, satış qiymətinin rəhbərliklə razılaşılması və ödəmə şərtlərinin müəyyənləşdirilməsini həyata keçirir;
 Gündəlik, aylıq və illik hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməsi
 Gələn satış tələblərinə və potensial müştərilərə qiymət təklifinin verməsi, verilən təkliflərin nəticələrinə nəzarət edilməsi:
 Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin edir.
 Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
 Montaj işləri zamanı topoqraf işlərinin görülməsi, ölçülərin yoxlanılması, teodalitlə işləmə baçarığı:
 Görülmüş işlər haqqında qarşılıqlı aktların hazırlanması

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Baş mühəndis (Fasad sistemləri üzrə) yazmaqla Hr.steel@akkord.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP