Satışa nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Satışa nəzarət üzrə mütəxəssis
EMPLOYER: Technoil MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-11 LAST UPDATED: N/A DEADLINE: 2018-06-10

“Technoil” MMC şirkəti Satışa nəzarət üzrə mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

- Satış menecerlərinin fəaliyyətini yoxlamaq;
- Üzləşmə aktlarını hazırlamaq;
- Geri qayıtmayan qaimələrin hesabatını aparmaq;
- Müştərilərin alıcılıq səviyyəsini izləmək və alıcılığı yüksək olan müştəriləri nəzarətdə saxlamaq;
- Gündəlik gedilən müştərilər üzrə qeydiyyat jurnalını aparmaq;
- Satış hesabatlarını hazırlamaq.

Namizədə qarşı tələblər:

- Ali təhsil;
- Minimum 1 il iş təcrübəsi;
- 1C və MS Office proqramlarında işləmək bacarığı;
- Şəxsi avtomobilinin olması;
- Ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Əsas məlumatlar

- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 500-600 AZN
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Satışa nəzarət üzrə mütəxəssis” şəklində göstərməklə cv@technol.az elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP