Tibb bacısı
 
JOB TITLE: Tibb bacısı
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-15 LAST UPDATED: N/A DEADLINE: 2018-06-14

Tibb bacısı

Tələb olunan iş Bacarığı:

- Səhiyyə işinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
- Müalicə-diaqnostika prosesinin, xəstəliklərin profilaktikasının, sağlam həyat tərzinin təbliğinin əsaslarını;
- Zəruri uçot-hesabat sənədləşdirməsini aparılması;
- Gigiyenanın və səhiyyənin təşkilinin nəzəri əsaslarını;
- İşçilərin sanitar maarifləndirilməsi, gigiyenik tərbiyəsi və sağlam həyat tərzinin təbliğinin təşkilini;
- Tibbi alət və avadanlıqların istismarı qaydalarını;
- dərman vasitələrinin, ciddi hesabatlı preparatlar, sarğı və tikiş materialları, paltarlar, ağlar və cərrahi əlcəklərin əldə edilməsi, qeydiyyatı, saxlanılması, istifadəsi qaydalarını;
- Dərman vasitələrinin və etil spirtinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirilməsi;
- Tibbi sənədləşdirmənin həyata keçirilməsi;
- Sanitariya-gigiyenik rejiməalət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, infeksiyaların qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir.
- Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
- Tibbi etikanı, tibbi sənədlərin əsas növlərini, peşəkar ünsiyyət psixologiyasını bilməli.

Tələb olunan təhsil və biliklər:

- Orta ixtisas təhsil (səhiyyə üzrə);
- Səhiyyə Nazirliyindən alınmış sertifikasiya;
- Səhiyyə sahəsində ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi:  45-55 AZN
- Əmək haqqı: 400 AZN
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini   hr@smts.az elektron ünvanına mövzu yerinə “Tibb bacısı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP