Planlama Mühəndisi
 
JOB TITLE: Planlama Mühəndisi
EMPLOYER: Technoil MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-14 LAST UPDATED: N/A DEADLINE: 2018-06-13

“Technoil” MMC şirkəti Planlama mühəndisi vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

- Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analizi və mütəmadi olaraq məlumatların yenilənməsi;
- Verilən satış proqnozları, planlar və sifarişlər əsasında rüblük, aylıq və həftəlik istehsal planlarının tərtib edilməsi;
- Xammal və material ehtiyaclarının planlanması (MRP);
- Sifarişlərin keçilməsi və vaxtında tədarük edilməsinin izlənməsi;
- Xammal, material və hazır məhsul qalıqlarına nəzarət;
- İstehsalın gündəlik olaraq izlənilməsi və verilən planların yerinə yetirilməsinə nəzarət;
- Məhsul reseptləri, avadanlıqların istehsal gücləri barədə verilən məlumatların analizi və düzgün istifadəsinə nəzarət;
- Planlamanın effektiv şəkildə aparılması üçün proses və prosedurların analizi, təkliflərin verilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyatı əməkdaşlara texniki dəstəyin göstərilməsi.

Namizədə qarşı tələblər:

- Mühəndislik sahəsi üzrə ali təhsil (Sənaye mühəndisliyi arzuolunandır);
- Planlama sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, ingilis dili əla səviyyədə;
- 1C və MS Office proqramlarında işləmək bacarığı.

Əsas məlumatlar

- İş yeri: Sumqayıt şəhəri
- Əmək haqqı: 600-800AZN
- İş qrafiki: 6 günlük
- Korporativ nömrə və nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Planlama mühəndisi” şəklində göstərməklə cv@technol.az elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP