Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Group Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-15 LAST UPDATED: N/A DEADLINE: 2018-06-14

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.

Hal hazırda şirkət “Hüquqşünas” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

•       Hüquqi xarakterli sənədlərin hazırlanması;
•       Şirkəti Məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
•       Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
•       Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
•       Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
•       İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirmək;
•       Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak etmək
•       Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
•       Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Şirkəti təmsil etmək;
•       Hüquq departamentinə aid olan məhkəmə mübahisələrində məhkəmə proseslərində Şirkəti təmsil etmək;
•       Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
•       Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
•       Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:

•       Yaş: 25-45;
•       Ali hüquq təhsili (LLM magistr dərəcəsinin olması arzuolunandır);
•       Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
•       Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə minimum 5 il iş təcrübəsi;
•       Təzyiq altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
•       Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
•       Məxfilik, təhlik etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Hüquqşünas" qeyd etməklə  cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP