Problemli kreditlər üzrə mütəxəssis
 
JOB TITLE: Problemli kreditlər üzrə mütəxəssis
EMPLOYER: Wentto Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-16 LAST UPDATED: 2018-05-16 DEADLINE: 2018-06-15

Ventto Elektroniks Məhdud Məsuliyyətli Cəmiyyəti 11 noyabr 2010-cu il tarixindən etibarən fəaliyyətə başlamışdır.

19 avqust 2012-ci il tarixindən isə ölkənin ilk mobil operatoru olan Bakcell`in rəsmi dileri olaraq fəaliyyətinə davam etmişdir.

Şirkətimiz qısa müddət ərzində sürətlə inkişaf edərək, böyük uğurlara imza atmışdır.

Problemli kreditlər üzrə mütəxəssis

Tələblər:

• Təhsil: ali;
• Problemli kreditlər sahəsində iş təcrübəsi - 1 ildən artıq;
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
• Gərgin iş şəraitində və komandada işləmək bacarığı;
• MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
• Yaş həddi: 22-35.

Ümumi vəzifə öhdəlikləri:

• Problemli kredit portfellərinə nəzarət edilməsi;
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması  üçün kompleks tədbirlərin görülməsi;
• Öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri və ailə üzvləri ilə görüşlər, məhkəməyə qədər müştərini krediti ödəməyə razılaşdırmaq üçün bütün qanuni imkanlardan istifadə etmək;
• Kredit ödənişlərinin həyata keçirilməsinin təmini.

İş şərtləri:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
• Telefon danışıqları və nəqliyyat xərcləri şirkət tərəfindən təmin edilir;
• ə/h - razılaşdırılma yolu ilə (əsas əmək haqqı ilə yanaşı bonus sistemi tədbiq edilir)

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli kreditlər üzrə mütəxəssis” şəklində göstərməklə qudret.abdullayev@wenttotelecom.az elektron ünvanına göndərə bilərlər. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP