Dilerlər ilə iş üzrə satış meneceri
 
JOB TITLE: Dilerlər ilə iş üzrə satış meneceri
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-20 LAST UPDATED: 2018-06-20 DEADLINE: 2018-07-20

Vəzifənin adı: Dilerlər ilə iş üzrə satış meneceri

• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması, korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, habelə korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• Müəssisə tərəfindən qoyulmuş yığım planının yerinə yetirilməsi;
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• Müəssisənin işgüzar nüfuzunun qorunması;
• Satış texnikaları üzrə peşəkar biliklərin işdə tətbiq edilməsi;
• Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının icra edilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Təhsil/Təcrübə:

• Ali təhsil (Marketinq üzrə arzuolunanadır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi və 2 il sürücülük təcrübəsi olmalıdır;
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməli;
• Məsuliyyətli və güclü analitik düşüncə bacarığına malik olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış  etmək bacarığının olmalı;
• Prezentasiya bacarığı olmalı;
• Bakı şəhərini və rayonları yaxşı tanımalı, habelə aktiv şəkildə ezamiyyətlərə hazır olmalı.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında + Satış həcminə uyğun bonus;
• Müəssisə tərəfindən yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP