Koordinator (həkim)
 
JOB TITLE: Koordinator (həkim)
EMPLOYER: Azərbaycan Sənaye Sığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-16 LAST UPDATED: 2018-05-17 DEADLINE: 2018-06-15

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: Koordinator (həkim)

Namizədə aid tələblər: 

• Tibb sahəsi üzrə ali təhsilli olmalı;
• İş təcrübəsi 1 il;
• Microsoft Office;
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür;
• Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
• Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
• Ünsiyyətçil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
• Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
• Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
• Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
• Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
• Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
• Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
• Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq;

• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş saatları: növbəli 09:00-21:00/21:00-09:00 2 gün istirahət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 16.06.2018-ci il tarixinədək hr@aiic.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Koordinator (həkim)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP