Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Investel Group MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-16 LAST UPDATED: N/A DEADLINE: 2018-06-15

Hüquqşünas

Əsas vəzifə öhdəlikləri:

• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Kredit məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktlarin göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq.
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
• Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali hüquqi təhsili;
• Hüquq sahəsi üzrə azı 5 il iş tcərübəsinə və  yüksək təhsil göstəricilərinə malik olmaq;

• Azərbaycan Respublikasının qanunlarını, o cümlədən və bununla məhdudlaşmayaraq, mülki, mülkü prosessual, cinayət və cinayət prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;Mülki, mülki-prosessual, əmək, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;
• Məhkəmə və icra işləri üzrə professional təcrübəs;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək );

Microsoft Office proqramlarını üstün səviyyədə bilmək;

• Təşkilat və onun missiyasına yüksək sadiqlik;

• Əla şəxsi keyfiyyətlər;

• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
• Dəyişkən iş qrafiki ilə işləmək bacarığı;

• Komandada işləmək bacarığı.
•  Yaş həddi 30-45 arası

E-mail: akberov.ilyas@gmail.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP