1C proqramist köməkçisi
 
JOB TITLE: 1C proqramist köməkçisi
EMPLOYER: Grand Motors MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-16 LAST UPDATED: N/A DEADLINE: 2018-06-15

Vəzifə: 1C proqramist köməkçisi

İş barədə qısa məlumat:

Grand Motors şirkəti iş təcrübəsindən asılı olmayaraq proqramlaşdırma sahəsində kariyera qurmaq istəyən gənclər üçün vakansiya elan edir. Adı keçən sahədə Ali təhsilə vəya müvafiq texniki biliklərə sahib olan namizədlər vakansiyaya müraciət edə bilərlər.

Tələb olunan işçi aşağıdakı vəzifələr üzrə proqramistə köməklik göstərəcək və nəticədə təcrübə qazanaraq bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəkdir.

Proqramistin vəzifələri:

- 1 C (ERP 2) platformasında proqramlaşdırma
- Mobi – C-in tətbiqi
- Tipik və qeyri tipik konfiqurasiyaların dəstəklənməsi və yenilənməsi
- Ayarların və konfiqurasiyaların tamamlanması
- Hesabatların yazılması, mövcud sənədlərin təkmilləşdirilməsi
- Məlumatın təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik siyasətinin tərtib edilməsi
- Admin işləri və istifadəçilərin cəri problemlərinin həlli
- Yazılmış kodlarda səhvlərin aradan qaldırılması
- MS SQL-də 1C məlumatlarınına xidmət edilməsi
- 1C proqramını digər proqram təminatları ilə inteqrasiya edilməsi

Vakansiyanın tələbləri:

- Proqramlaşdırma üzrə Ali təhsili olanlara üstünlük verilir
- 1С v.8.2 /8.3 proqramlaşdırma sahəsində başlanğıc biliklərə sahib olmalıdır
- Rus dilini sərbəst bilməlidir
- Kodun formalaşdırılmasını bilməlidir
- XML formatında olan məlumatla işləməi bilməlidir
- 1C sertifatkıtının olması üstünlük hesab edilir

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

*Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr-cv@grandmotors.az ünvanına  mövzu yerində “1C proqramist köməkçisi” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP