Maliyyə analitiki
 
JOB TITLE: Maliyyə analitiki
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-17 LAST UPDATED: N/A DEADLINE: 2018-06-16

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan, İngiltərə və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. 

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Maliyyə analitiki 

Tələblər:

• Maliyyə sahəsində  ali təhsil;
• Müvafiq təcrübə (minimum üç illik);
• Büdcələşma və planlama üzrə biliklər;
• Beynəlxalq Maliyyə Hesabatlılğı Standartları (İFRS),  ACCA , CIMA  CFA üzrə biliklər;
• Müvafiq sertifikatlar üstünlük sayılacaq.

Vəzifələri:

• Təşkilatda  maliyyə göstəricilərinin analitikasının aparılması
• Maliyyə  resurslarının bölüşdürülməsinə nəzarətin həyata keçirilməsi;
• Maliyyə proqnozlarının hazırlanması;
• Təşkilatda satınalma prosesinin ilkin qiymətləndirilməsinin aparılması;
• Təşkilatın  mаliyyə hеsаbаtlarının  tərtibi ;
• Maliyyə göstəricilərinin toplanması və analizi.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə  5 iş günü, 2  gün istirahət
• Karyera inkişafı proqramı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Maliyyə analitiki” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix:  20.06.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP