Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis
 
JOB TITLE: Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-05-22 LAST UPDATED: N/A DEADLINE: 2018-06-21

    

“ABB” ASC  Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Qanunvericiliyə, bankdaxili prosedurlara uyğun olaraq və müştərinin maliyyə hesabatları əsasında müştərilərin risk təhlilinin aparılması və müvafiq rəylərin hazırlanması
 Kredit Komitəsinin qərarlarına dair hesabatların tərtib edilməsi
 Müştəriyə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək
 İri və korporativ müştərilər üçün bankdaxili reytinq sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil
 Kreditin təhlili sahəsində minimum 2 il iş təcrübəsi
 Kreditlərin verilməsi, təsnifləşdirilməsi  və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq
 CFA və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir
 Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
 MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 İyun 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP