İnsan Qaynaqları üzrə Mütəxəssis
 
JOB TITLE: İnsan Qaynaqları üzrə Mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-08 LAST UPDATED: 2018-06-08 DEADLINE: 2018-07-08

Qaradağ rayonunda yerləşən zavod İnsan Qaynaqları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi;
• Əmək qanunvericiliyinə uyğun lazımi əmrlərin hazırlanması;
• Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması;
• Verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etməli;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparmalı; əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak etməli; 
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birabaşa rəhbərə hesabat hazırlayıb təqdim etməli;
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• Əmək haqqı kartlarının sifariş verilməsi;
• Dövlət Miqrasiya Xidmətlərinə bütün lazımi sənədlərinin hazırlayıb təqdim edilməsi. 

TƏLƏBLƏR:

•  Müvafiq sahədə ali təhsili;
•  Dil biliyi- İngilis, Azərbaycan, Rus
•  İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
•  E-gov (electron hökümət portalı) sistəmi ilə işləmək üzrə təcrübəsi;
•  Əmək qanunvericiliyini əla bilməli ;
•  Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və statistik hesabatlarının tərtib edilməsini;
•  İşçilərin işə qəbulu, azad edilməsi, ezamiyyə, məzuniyyət əmrlərinin hazırlanması;
•  Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə   lazımi sənədlərin tərtib edilməsini;
•  Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
•  Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını;

Ünvan: Qaradağ rayonu, Salyan şossesi, 24-cü km
İş saatları : 09:00-17:00
Əmək haqqı :  700 AZN Net

İşə gəlib-getmək üçün nəqliyyatla təmin olunur.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 İyun 2018-ci il tarixindən gec olmamaq şərtilə candidates2017@outlook.com elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP