Satış departamentinin direktoru
 
JOB TITLE: Satış departamentinin direktoru
EMPLOYER: Libraff MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-11 LAST UPDATED: 2018-06-11 DEADLINE: 2018-07-11

İşəgötürən: LIBRAFF MMC

Vəzifənin adı: Satış departamentinin direktoru

Vəzifə öhdəlikləri:

1. Mağaza satışının idarə edilməsi:
- satış planının hazırlanması və icrasına nəzarət,
- satış analizlərin aparılması, eləcə də ümumi bazarın və yeni trendlərin analizlərini aparmaq,
- müxtəlif satış hesabatları hazırlamaq və vaxtı-vaxtında direktora təqdim etmək,
- şirkətin strategiyasını və hədəflərini müəyyən edib nəticənin əldə edilməsi üçün biznes plan hazırlamaq və icrasını təmin etmək.

2. İş prinsiplərinə uyğun olaraq struktur bölməsi işinin təşkili:
- personalı idarə etmək,
- işçiləri təlimatlandırmaq və düzgün yönləndirmək,
- işçilərin qiymətləndirilməsində iştirak etmək və obyektivliyi qorumaq.

3. Mağaza və deponun idarəedilməsi (kitab, avadanlığ, ehtiyatlar, onların sayımı və s.)
4. Satışları artırmaq üçün PR strategiyasına uyğun olaraq aparılan işləri dəstəkləmək və təkliflər vermək.
5. İş gedişatında direktorun digər göstərişlərini icra etmək.

Tələb olunan bilik və bacarıqlar:

- Yüksək səviyyədə Microsoft office proqramları biliyi (xüsusi ilə Excel)
- LOGO proqramından istifadə bacarığı,
- Kitab, “Hobby”, Multimediya, Oyuncaq kateqoriya məhsullarını yaxşı bilməli,
- Aktiv, çalışqan, zəhmətkeş olmalı,
- Müştərilərlə əlaqələrin edarəedilməsi sahəsində (CRM) təcrübə,
- Azərbaycan dilini səlis, rus, ingilis, türk dillərini yüksək səviyyədə bilməli,
- bu sahə üzrə ən azı 3 illik iş təcrübəsi. Olmağı zəruridir.

Nahar şirkət tərəfindən verilir.

Müraciət etmək istəyən namizədlər CV-ləri hr@libraff.az ünvanına yollaya bilərlər. Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP