Aparıcı hüquqşünas
 
JOB TITLE: Aparıcı hüquqşünas
EMPLOYER: Express bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-12 LAST UPDATED: N/A DEADLINE: 2018-07-12

Hüquq departamenti / Korporativ hüquq şöbəsi / Aparıcı hüquqşünas.

Tələblər:

-  Ali hüquqi təhsil;
-  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını bilməli;
-  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
-  Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini bilən namizədlərə üstünlük verilir);
-  Korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
-  Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

-  Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
-  Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
-  Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
-  Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-  Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
-  Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
-  Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
-  Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
-  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını;
-  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilmək.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.

E - mail : cv@expressbank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP