Mühəndis-texnoloq
 
JOB TITLE: Mühəndis-texnoloq
EMPLOYER: ALCO MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-12 LAST UPDATED: N/A DEADLINE: 2018-07-12

Mühəndis-texnoloq

Şirkət- “ALCO” MMC

Tələblər

• Tanınmış universitetdən neft-kimya və ya kimya mühəndisliyi dərəcəsi
• Petrokimya/kimya/emal sənayesi/müvafiq proses mühəndisliyində 1-3 il iş təcrübəsinə malik olmaq
• Kollektiklə güclü ünsiyyət və şəxsi bacarıqlar
• Müdirin təlimatlarına bağlı olaraq eyni vaxtda bir neçə işi görmə və işi prioritetləşdirmə bacarığı
• Proses hesablamaları üçün müvafiq texniki biliklər, modelləşdirmə, dizayn (AutoCadı orta səviyyədə bilmək) simulyasiya (Aspentech Hysys) və hesablama proqramlarını bilmək
• Məhsulların hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlarına uyğun olub olmadığının yoxlamaq
• İstehsal prosesi zamanı yarana biləcək problemlərin tez bir zamanda aradan qaldırılması
• Azərbaycan dili, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilmək

Məsuliyyətlər

•  Yağ sənayesi ilə əlaqəli olan maddələrin gündəlik analizlərinin aparılması

•  Spektrometrlər ilə kimyəvi analizlərin aparılması, kimyəvi analizlərin nəticələrinin riyazi hesablanmalarının həyata keçirilməsi

•  İstehsalat prosesində məhsulların keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət etmək

•  Laboratoriya prosedur və standartlarına uyğun müxtəlif maddələrlə işləmək bacarığı, labarotoriyada olan cihaz və alətlərin, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilmək

•  Analiz metodlarını, aparat və cihazların işlədilmə texnologiyasını, preparatlar haqqında normaları, göstərişləri, kimyəvi məhsullardan və preparatlardan istifadə qaydalarını, mütərəqqi metodları və təcrübələri bilməlidir.

İş saatları-Həftənin 1-5 -ci günləri, 09:00-18:00 
Maaş 500-1500 manat arası

CV-lər dunay.xasayli@aminol.az email adresine göndərilsin. Subject hissədə isə vakansiyanın adı dəqiq yazılsın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP